Rumıniya hökuməti etirazlar qarşısıda geri çəkildi

Rumıniya hökuməti etirazlar qarşısıda geri çəkildi
19:14 5 Fevral 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rumıniya hökuməti ölkədə kütləvi etiraz aksiyalarına yol açan Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarını ləğv edib.

 

APA-nın məlumatına görə, bu barədə “Digi24” telekanalın məlumat yayıb.

 

 

Nazirlər Kabineti baş nazir Sorina Qrindyanunun rumın cəmiyyətinin bölünməsini istəmədiyi barədə bəyanatından sonra belə qərar qəbul edib.

 

Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə masştabına görə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar qərarından qəbulundan sonra korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağında narahat olublar. Fevralın 2-də baş nazir S. Qrindyanu qəbul edilmiş qərarı ləğv etmək və istefa vermək niyyətində olmadığını bəyan etsə də, geri addım atmaq məcburiyyətində qalıb. Qərar korrupsiya ilə əlaqədar həbs edilmiş və 48 min dollardan az ziyan vurmuş şəxslərin azadlığa buraxılmasını nəzərdə tutub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR