"Rusiyaya qarşı sanksiyaların ləğvi..."

"Rusiyaya qarşı sanksiyaların ləğvi..."
19:27 5 Fevral 2017
218 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ vitse-prezidenti Maykl Pens Rusiyaya qarşı sanksiyaların ləğvinin Moskvanın beynəlxalq arenada, xüsusən Ukraynada özünü necə aparması ilə bağlı olacağını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Pens bunu bu gün ABC telekanalına müsahibəsində bildirib.

M. Pens teleaparıcının "əgər Rusiya Ukraynanın hələ də suverenliyini pozursa, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaqmı?" sualına cavab olaraq deyib ki, bu sualın cavabı qarşıdakı ayda məlum olacaq: "Bütün bunlar sadəcə, bizim Rusiyanın davranışında dəyişikliklər görüb-görməyəcəyimizdən asılıdır.
 
Vitse-prezident ABŞ prezidenti Donald Trampın yeni administrasiyanın əsas prioritetin İŞİD terror təşkilatı ilə mübarizə olduğunu bəyan etdiyini də xatırladıb: "Rusiya da radikal terrorçularla, xüsusən İŞİD ilə mübarizədə maraqlıdır. Əgər bizim əməkdaşlıq etmək imkanımız olacaqsa, düşünürəm ki,  prezident Donald Tramp münasibətlərin yenidən qurulmasının perspektivlərini araşdıracaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR