İki avtomobil toqquşub, xəsarət alanlar var

İki avtomobil toqquşub, xəsarət alanlar var
20:05 5 Fevral 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər 1986-cı il təvəllüdlü Seymur Bayramov və 1983-cü il təvəllüdlü Tural Kazımov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR