Məşhur aktrisanın boşanma səbəbi bəlli oldu - FOTO

Məşhur aktrisanın boşanma səbəbi bəlli oldu - FOTO
20:12 5 Fevral 2017
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Skarlett Yohansson və fransız jurnalist Romain Dauriakın boşanma səbəbi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 32 yaşlı ulduzun ərindən ayrılmasına səbəb onun özü olub. Bu barədə "People" jurnalına Skarletə yaxın mənbə bildirib. 

Onun sözlərinə görə, aktrisanın cavan bir oğlandan xoşu gəlib və o, boşanma məsələsini tezləşdirib. Lakin Skarlett bu xəbəri mediadan gizlətməyi bacarıb. 

Qeyd edək ki, cütlüyün ayrılması prezident Donald Trampa qarşı mitinqdə üzə çıxıb. Mitinqdə iştirak edən Yohanssonın barmağında heç çıxartmadığı nişan üzüyünün olmaması bu sirrin üstünü açıb.

2014-cü ildə evlənən cütlüyün 2 yaşlı Rouz adlı qızları var.

Xatırladaq ki, S.Yohanssonun ilk evliliyi aktyor Rayan Reynoldsla olub. 2008-ci ildə ailə quran cütlük 2011-ci ildə boşanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR