"Bu təbliğat nəticə verməyəcək"

"Bu təbliğat nəticə verməyəcək"
13:17 16 Mart 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

“Ümumiyyətlə, özlərini qeyri-hökumət (QHT) adlandıran bir sıra qurumlar və təsisatlar vardır ki, biz onların fəaliyyətini birbaşa şərh etmirik. Çünki onların hansı məqsədlərə xidmət etdiyi və hansı formada fəaliyyət göstərdiyi bəllidir”. Milli.Az xəbər verir ki, bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Human Rights Watch” və digər beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində tutduqları ikili standartlara münasibət bildirərkən deyib.

XİN sözçüsünün dediyinə görə, idmanın siyasiləşdirilməsi, idmana bu və ya digər formada siyasi don geyindirilməsi özü-özlüyündə yanlışdır: “Hətta bu, qəbuledilməz bir addımdır. Bu kimi təşkilatlara ilk növbədə onu tövsiyyə edərdik ki, onlar BMT çərçivəsində idmanın və olimpiya hərəkatının təşviq edilməsi ilə əlaqədar olan və dünya birliyi tərəfindən dəstəklənən qətnamələrlə tanış olsunlar. İlk növbədə, idman özü (YUNESKO-nun təsisat və fundamental sənədlərində də öz əksini tapıb) və beynəlxalq idman tədbirləri insan hüquqlarının təşviqinə xidmət edir. Təbii ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları da insan hüquqlarının təşviqinə xidmət edəcək. Bu, müxtəlif dinə, etnik mənsubiyyətə, dövlətlərə təsir edən insanların dinc bir şəraitdə yəni idman məkanında özlərini sınamasına və onların arasında əməkdaşlığın formalaşmasına xidmət edən möhtəbər tədbirdir. Onu da nəzərə alaq ki, birinci Avropa Oyunları Avropa miqyasında keçirilən ilk ümumavropa xarakterli bir oyundur. Təbii ki, bu, yüksək qiymətləndirilməlidir”.

H.Hacıyev bildirib ki, amma təəssüflər olsun ki, əsassız şəkildə bir sıra bu kimi qurumlar və özlərini beynəlxalq QHT adlandıran təsisatlar tərəfindən məqsədyönlü təbliğat aparılır: “Hesab edirik ki, onların bu təbliğatı heç bir nəticə verməyəcək. Çünki beynəlxalq miqyasda Azərbaycan tərəfindən bu tədbirə ev sahibliyi edilməsi çox yüksək qiymətləndirilir və alqışlanılır. İkincisi, bu, Azərbaycan xalqı üçün də çox qürurverici bir hadisədir. Hər bir azərbaycanlı ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə böyük fəxr hissi keçirir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/329832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR