Monika Belluççi transparan geyimdə - fotosessiya

Monika Belluççi transparan geyimdə - fotosessiya
21:16 5 Fevral 2017
346 Şou
Ölkə mətbuatı
A- A+

İtaliyalı aktrisa Monika Belluççi “GQ” jurnalının fevral nömrəsinin üz qabığına çəkilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa geyindiyi “Gucci” brendindən olan qara rəngli transparan libası və “Alberta Aeretti”dən olan büstyer ilə kameralar qarşısına keçib.

52 yaşlı Monikanın fotolarının müəllifi qalmaqallı fotoqraf Terri Riçardsondur.

Jurnala müsahibə verən Belluççi yaşın insan üçün heç bir əhəmiyyətinin olmadığını bildirib:

"Gənc olanda biz təravətli oluruq, gözəllik əldə etmək üçün nəyəsə ehtiyac qalmır. Amma yaşa dolduqca, biz daxilən dəyişirik. Bu da bizi gözəl edir, amma bu dəfə başqa cəhətdən. Anlayır ki, xoşbəxtlik zahirən deyil, daxilən insanda olmalıdır".



Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR