Azərbaycanda qeyri-adi yer - VİDEO

Azərbaycanda qeyri-adi yer - VİDEO
22:28 5 Fevral 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Su quyusu od tutub yanır. Goranboydakı su quyusu görənləri təəccübləndirir. Sakinlər bu suyun müalicəvi olduğunu da iddia edirlər. Yerdən qalxan buğ, alov, hətta bir neçə kilometrdən diqqət çəkir. Yaxınlaşdıqda isə yanan şeyin yerin altından çıxan su olduğu məlum olur.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Goranboyun Qızılhacılı qəsəbəsindəndir. Su quyusu ötən əsrin 40-cı illərində əslində neft məqsədi ilə qazılıb. Qəsəbə sakinləri 3 min metrdən artıq dərinliyə malik olan quyudan çıxan mayenin qaz, kükürdlə qarışıq olduğu üçün yandığını deyirlər. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər.

Yerin altından çıxan maye duzlu olduğundan təsərüffatda istifadə edilməsə də, kəndlilər sudan ayrılan qazdan istixananın qızdırılmasında və tikinti materialını hazırlamaq üçün yararlanırlar.

Yerli sakinlər müalicəvi suyun çıxdığı ərazinin ətrafının abadlaşdırlmasını, turizm məqsədi ilə istifadə edilməsini vacib hesab edirlər. Goranboyun Bolsulu, Qazanbulaq, Ballıqaya kəndlərində də belə müalicəvi sular çıxır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR