Polis 20 çeçeni sərbəst buraxdı - Vyanada

Polis 20 çeçeni sərbəst buraxdı - Vyanada
22:29 5 Fevral 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Avstriya polisi ötən gün saxlanılan milliyətcə çeçen olan 20 nəfəri sərbəst buraxıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.

 

İki nəfərin həbsdə qaldığı bildirilir.

 

Qeyd edək ki, fevralın 4-də Avstriya polisinin paytaxt Vyanada keçirdiyi əməliyyat nəticəsində 22 nəfər saxlanılıb. Onların hamısı milliyyətcə çeçendir. Saxlanılan şəxslərdən odlu silah götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar toy şənliyinə qatıldıqlarını bildirsələr də, yaşadıqları evlərin yaxınlığında silah-sursat aşkar edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR