Britaniya deputatları Trampın parlamentdə çıxışını baykot edəcəklər

Britaniya deputatları Trampın parlamentdə çıxışını baykot edəcəklər
22:32 5 Fevral 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı ölkə parlamentində çıxış edərsə, yerli deputatlar tərəfindən baykot olunacaq.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu leyborist Con Makdonnel deyib.
O, BBC radiosunun "Tramp parlamentdə çıxış edərsə, Leyboristlər Partiyası üzvlərinin yeri boş olacaqmı?" sualına, "təkcə leyboristlərin yeri deyil", - deyə cavab verib.
"Mən onun etdiklərini rüsvayçılıq hesab edirəm. Bizlərdən əksəriyyəti düşünürdü ki, onun seçkiqabağı kampaniyasının şüarları sadəcə şüar idi, lakin indi o bunları həyata keçirməyə başlayıb. Düşünürəm ki, onun səfəri bir çoxları üçün təhqir olacaq", - deyə Makdonnel bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniya-deputatlari-trampin-parlamentde-cixisini-baykot-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR