İngiltərə Premyer Liqasında 24-cü tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun ilk oyununda London derbisi olub. Əzəli rəqiblər - “Çelsi” və “Arsenal” “Stemford Bric”də münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma Antonio Kontenin yetirmələrinin 3:1 hesablı qələbəsiylə nəticələnib.
"Liverpul" gözlənilmədən səfərdə "Hall Siti"yə 0:2 hesabıyla uduzub. Şəhərin digər təmsilçisi "Everton" isə evdə "Bornmut"u 6:3 hesabıyla məğlub edib.
"Mançester Siti" "Suonsi"ylə ev oyununda qışda heyətinə cəlb etdiyi gənc hücumçu Qabriel Jezusun dubluyla 2:1 hesabıyla qalib gəlib. Braziliyalı forvard "şəhərlilər"i xal itkisindən oyuna əlavə olunmuş 3-cü dəqiqədə vurduğu qolla xilas edib.
Turun maraqlı oyunlarından biri də Lesterdə keçirilib. Son çempion “Lester” “Mançester Yunayted”i qəbul edib. Oyun mankunianların 3:0 hesablı qələbəsiylə nəticələnib. Bununla da, "tülkülər" çempionatda ardıcıl 4-cü məğlubiyyətini alıb.
İngiltərə Premyer Liqası, 24-cü tur
4 fevral
Çelsi - Arsenal 3:1
Qol: Markos Alonso, 13. Hazard, 53. Fabreqas, 85 - Jiru, 90+1.
Kristal Pelas - Sanderlend 0:4
Qol: Kone, 10. Ndonq, 43. Defo, 45+1; 45+3.
Everton - Bornmut 6:3
Qol: Lukaku, 1; 30; 83; 84. Makkarti, 24. Barkli, 90+4 - Kinq, 59; 70. Arter, 90.
Hall Siti - Liverpul 2:0
Qol: N'Diaye, 44. Niasse, 84.
Sautqempton - Vest Hem 1:3
Qol: Qabbiadini, 12 - Kerrol, 14. Obianq, 45. Deyvis, 52-avtoqol.
Uotford - Bernli 2:1
Qol: Dini, 10. Nianq, 45 - Barns, 78-pen.
Qırmızı vərəqə: Hendrik, 7 (Bernli).
Vest Bromviç - Stok Siti 1:0
Qol: Morrison, 6.
Tottenhem - Midlsbro 1:0
Qol: Keyn, 58-pen.
5 fevral
Mançester Siti - Suonsi 2:1
Qol: Jezus, 11; 90+3 - Siqurdsson, 81.
Lester - Mançester Yunayted 0:3
Qol: Mxitaryan, 42. İbrahimoviç, 44. Mata, 49.
Bombardirlər: Romelu Lukaku (Everton) - 16, Dieqo Koşta (Çelsi) - 15, Aleksis Sançes (Arsenal) - 15, Zlatan İbrahimoviç (Mançester Yunayted) - 15, Harri Keyn (Tottenhem) - 14, Jermen Defo (Sanderlend) - 14. Serxio Aquero (Mançester Siti) - 11, Dele Alli (Tottenhem) - 11.