Kasilyas əlçatmazdı

Kasilyas əlçatmazdı
23:37 5 Fevral 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

İker Kasilyas ispan futbolçular arasında ən çox oyun keçirən qapıçıdır. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya çempionatının XX turu çərçivəsində baş tutan "Porto" - "Sportinq" görüşü (2:1) ispaniyalı üçün 960-cı rəsmi oyun olub.

O, bu göstəricidə "Atletik", "Barselona" və "Valensiya"nın keçmiş qolkiperi Andoni Subisarettanı geridə qoyub.
 
Kasilyas karyerası ərzində "Real"la 725, İspaniya millisi ilə 167, "Porto" ilə isə 68 rəsmi matça çıxıb.
 
Qeyd edək ki, bu oyunlarda İker 898, Subisaretta isə 906 qol buraxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR