Buxarestdə hökumət əleyhdarları yenidən küçələrə çıxıb

Buxarestdə hökumət əleyhdarları yenidən küçələrə çıxıb
23:57 5 Fevral 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Rumıniyada 400 min nəfərin iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 250 minə yaxın iştirakı ilə ən irimiqyaslı aksiya paytaxt Buxarestdə davam edir.
 
Nümayişçilər baş nazirə inanmadiqlarını bildirir, hökumətin istefasını tələb edirlər. Bundan əvvəl Rumıniyanın baş naziri Sorin Qrindyanu istefaya getməyəcəyini bəyan edib.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə masştabına görə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar qərarından qəbulundan sonra korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağından narahatdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR