Atasının 92 milyardlıq mirasından imtina etdi

Atasının 92 milyardlıq mirasından imtina etdi
00:04 6 Fevral 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən zəngin 20 insanından biri olan Çinli milyarder Vanq Jianlin sərvətini miras qoyacağı insanı müsabiqə yolu ilə seçəcək.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 62 yaşlı Vanqın sahib olduğu “Dalian Wanda” şirkəti 91,7 milyard dəyərindədir. O, mülkünü 29 yaşlı oğlu Vanq Siconqa vermək istəsə də, lakin oğlu bundan imtina edib.

 

Bu barədə danışan Jianlin oğlunun onun kimi yaşamaq istəmədiyini bildirib. Vanq Siconqun bu fikrinə hörmət etdiyini və mirasını qoymaq üçün bu işdən başı çıxan şirkət sahibləri arasında yarış keçirəcəyini əlavə edib.

 

Qeyd edək ki, milyarderin oğlu da imkanlı biridir. Getdiyi partilərdə bir gecəyə 500 min xərcləyən Siconqa heyvanlarını şəxsi avtomobili və ya təyyarəsi ilə gəzdirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR