Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir

Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir
00:57 6 Fevral 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Rumıniyada hökumət əleyhinə etirazların altıncı günü təqribən 400 min nəfər küçələrə çıxıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, mitinq Nazirlər Kabinetinin ölkədə sözügedən kütləvi etirazlara səbəb olan Cinayət Məcəlləsinə düzəlişləri ləğv etməsinə baxmayaraq davam etdirilir.
Mətbuat bir neçə gündür ardıcıl surətdə keçirilən mitinqləri son 25 ildə ən kütləvi etiraz aksiyaları adlandırıb.
Nümayişçilər hökumətə inanmadıqlarını və onun istefasını tələb etdiklərini bildirirlər. İnsanlar qeyd edirlər ki, Nazirlər Kabineti istefaya getməyincə etirazlara ara verməyəcəklər.
Etirazçılar əllərində hökumət və Liviu Draqnyanın başçılıq etdiyi hakim Sosial-Demokrat Partiyasına qarşı şüarların yazıldığı plakatlar tutublar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ruminiyada-400-min-insan-hokumetin-istefasini-teleb-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR