"Yuventus" "İnter"ə qalib gələrək liderliyini möhkəmləndirib

"Yuventus" "İnter"ə qalib gələrək liderliyini möhkəmləndirib
02:17 6 Fevral 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Yuventus"la "İnter" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, görüşün taleyini bir qol həll edib.
45-ci dəqiqə Xuan Kuadrado "Qoca Sinyora"nın qələbə topunu vurub.
Bununla da "Yuventus" xallarını 54-ə çatdıraraq, liderliyini davam etdirib. Hazırda Turin komandasının ehtiyatda bir oyunu qalsa da, ən yaxın izləyicisi "Napoli"ni 6 xal üstələyir. Fevralın 7-də keçiriləcək turun son matçında "Roma" "Fiorentina"ya qalib gələrsə, xallarını 50-yə yüksəldərək, ikinci pilləyə qalxacaq və liderdən 4 xal geridə qalacaq. "İnter" isə 42 xalla 5-ci pillədədir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-i-nter-e-qalib-gelerek-liderliyini-mohkemledib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR