Üstündə Trampın şəkli olan narkotik maddə bağlamaları tutuldu

Üstündə Trampın şəkli olan narkotik maddə bağlamaları tutuldu
02:39 6 Fevral 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatında dəyəri 100 min dollar olan güclü təsirə malik narkotik maddə ələ keçib.

 

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, hər bir bağlamanın üzərində Medellin məşhur narkobaronu Pablo Eskobarın, "Sinaloa" narkokartelin başçısı Hoakina Qusmanın və 45-ci ABŞ prezidenti Donald Trampın şəkilləri olub.

 

Ştatın baş prokuroru Pamella Bondi bildirib ki, narkotik satıcıları prezidentin şəkilini ora vurmaqda böyük səhvə yol veriblər. Onun sözlərinə görə, hüquq mühafizə orqanları narkotik ticarətinə qarşı daha amansız olacaq.

 

Məlumata görə, narkotik maddələr yanvarın 27-si ələ keçib, 5500 bağlamanın hərəsi 1.5 kiloqramdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR