Tramp yenidən İranı vurdu

Tramp yenidən İranı vurdu
03:39 6 Fevral 2017
168 Digər
Ölkə mətbuatı
A- A+

İran dünyada bir nömrəli terrorçu dövlətdir

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

 

“İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib.

 

Bundan əvvəl D.Tramp özünün “Tvitter” hesabında İranın ünvanına sərt ifadələr işlədib. "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!", Tramp yazıb.

 

Fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Rəsmi Vaşinqton sanksiyaların tətbiqini İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlayır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR