Tramp: "İran bir nömrəli terror dövlətidir"

Tramp: "İran bir nömrəli terror dövlətidir"
04:42 6 Fevral 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-a "qətiyyən hörmət qoymur" və o, "bir növrəli terror dövlətidir".
"Report" xəbər verir ki, bunu o "Fox News" telekanalına müsahibəsində deyib.
"İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O silahlanmaya pul qoyur", — deyə Tramp əlavə edib.
ABŞ prezidenti İslam Respublikasına qarşı sanksiyalar mövqeyindən hərəkət edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ "artıq bunu etməyə başlayıb".
O öz hərəkətləri barədə əvvəlcədən xəbərdarlıq etməyəcəyini bildirib. Trampın sözlərinə görə, o, xələfi Barak Obamanı həmişə "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verməsinə" görə tənqid edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-i-ran-bir-nomreli-terror-dovletidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR