Pullarını itirən ata uşaqlarını və özünü öldürdü

Pullarını itirən ata uşaqlarını və özünü öldürdü
05:03 6 Fevral 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Fond birjasında pullarını itirən Taybey sakini (Tayvan) oğlunu və iki qızını bıçaqlayaraq intihar edib.

"Report" xəbər verir ki, 46 yaşlı kişi üç uşağına – 16 və 14 yaşlı qızlarına və 13 yaşlı oğluna bıçaqla hücum edib, sonra isə öz boğazını kəsib.

Boynunda bıçaq yarası alan böyük qız huşunu itirib, lakin sonradan özünə gələrək kömək üçün dayısına zəng edə bilib. Hadisə yerinə polis gəlincəyədək, onun kiçik qardaş və bacısı, həmçinin atası ölmüş olub. Sağ qalan qız xəstəxanaya yerləşdirilib.

Kişi ölümündən əvvəl yazdığı məktubunda öz davranışını pullarını fond birjasında itirməsi və ailəsində problemlərin yaranması ilə izah edib.

Hadisə baş verən zaman kişinin həyat yoldaşı evdə olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR