Yaxtada 1,4 ton kokain tapıldı

Yaxtada 1,4 ton kokain tapıldı
05:59 6 Fevral 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində yaxtada 1,4 ton kokain aşkar ediblər.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar beşi Avstraliya vətəndaşı olmaqla, 6 nəfər tutulub.

 

Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Qeyd olunur ki, bu, Avstraliyada bir əməliyyat nəticəsində aşkar edilən ən böyük kokain partiyasıdır. Xüsusi əməliyyat Avstraliya federal polisi, sərhəd xidməti və Yeni Zelandiyanın gömrük xidməti tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları hələ ki, açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR