"Qatar Airways"in təyyarəsi dünyanın ən uzun birbaşa uçuşunu başa çatdırıb

"Qatar Airways"in təyyarəsi dünyanın ən uzun birbaşa uçuşunu başa çatdırıb
06:17 6 Fevral 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Qətərin paytaxtı Dohadan yola çıxan "Qatar Airways" avişirkətinə məxsus sərnişin təyyarəsi dünyada ilk ən uzun birbaşa kommersiya uçuşunu başa çatdıraraq Yeni Zelandiyanın Oklend şəhər aeroportuna eniş edib.
"Report" xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzetinin saytı yazıb.
Qeyd olunur ki, 14,5 km. məsafəyə birbaşa uçuşun müddəti 16 saat 15 dəqiqə çəkib. Təyyarə təyin olunan yerə cədvəli 15 dəqiqə qabaqlayaraq çatıb. Axşam havanın küləkli olması səbəbindən geri qayıdış 18 saatdan çox vaxt apara bilər.
Uçuşu 259 yerlik "Boeing 777-200" təyyarəsi yerinə yetirib. Tarixi uçuş zamanı təyyarə tam dolu olub. Heyət üzvləri 4 pilot və 15 stüardessadan ibarət olub. Uçuş zamanı sərnişinlərə ümumilikdə 1100 fincan çay və kofe, həmçinin 2000 soyuq içki verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/qatar-airways-in-teyyaresi-dunyanin-en-uzun-birbasa-ucusunu-basa-catdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR