Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb

Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarılıb
06:42 6 Fevral 2017
311 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Yük "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib.
Ekspertlərin rəyinə görə, fındıq ləpəsində karantin obyekti olan küsküotu aşkar olunub. Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycandan-rusiyaya-aparilan-21-ton-findiq-geri-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR