1,4 ton kokain daşıyan yaxta saxlanıldı

1,4 ton kokain daşıyan yaxta saxlanıldı
09:12 6 Fevral 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində yaxtada 1,4 ton kokain aşkar ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar beşi Avstraliya vətəndaşı olmaqla, 6 nəfər tutulub.

Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Qeyd olunur ki, bu, Avstraliyada bir əməliyyat çərçivəsində aşkar edilən ən böyük kokain partiyasıdır. Xüsusi əməliyyat Avstraliya federal polisi, sərhəd xidməti və Yeni Zelandiyanın gömrük xidməti tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları, hələ ki, açıqlanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR