Dənizdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi

Dənizdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edildi
09:18 6 Fevral 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalması barədə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb.

Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR