Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır

Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır
09:32 6 Fevral 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü İngiltərənin "Tottenhem" klubuna transfer oluna bilər. "Report"un məlumatına görə, bu barədə 18 yaşlı yarımmüdafiəçinin meneceri Muzzi Özcan İngiltərə mətubuatına açıqlamasında  bildirib. 
Menecer deyib ki, digər komandalarla müqayisədə, ən real təklif London təmsilçisindən gəlib: "İngiltərənin "Everton" və Almaniyanın bir neçə klubu da Ozancanla təmasda olub. Ən ciddi təklif isə "Tottenhem"dəndir. Qarşıdakı həftələrdə məsələyə aydınlıq gələcək".
Qeyd edək ki, Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Kökçü bu ilin yanvarında Azərbaycanın U-21 yığması ilə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olub. Lakin futbolçu hansı ölkənin əsas yığmasında oynayacağına dair yekun qərar verməyib. O, Azərbyacan, Türkiyə və Hollandiya yığmaları arasında seçim edir.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-milli-komandasinin-futbolcusu-tottenhem-den-teklif-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR