Dənizdə qalmış 2 balıqçı xilas edildi

Dənizdə qalmış 2 balıqçı xilas edildi
09:42 6 Fevral 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi 2 balıqçını xilas edib.

Mili.Az xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 3-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.

Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR