Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib

Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib
09:42 6 Fevral 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib. "Report"un məlumatına görə, son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb.
"Ramedilməz Şirlər" B qrupunda Çili, Avstraliya və Almaniya birgə yer alacaq. A qrupunda isə Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika çıxış edəcək.
Qeyd edək ki, Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək Rusiyanın Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/konfederasiyalar-kubokunun-butun-istirakcilari-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR