Şəhid Çingiz Qurbanovla VİDALAŞILIR - FOTO

Şəhid Çingiz Qurbanovla VİDALAŞILIR - FOTO
09:52 6 Fevral 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi başlayır. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Mərasimdə Müdafiə Nazirliyindən yüksək rütbəli zabitlərin iştirakı gözlənilir.

Qeyd edək ki, Ç.Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR