"Xəstəliyin acığına yaşadım" - Zümrüddən təsirli video

"Xəstəliyin acığına yaşadım" -  Zümrüddən təsirli video
10:06 6 Fevral 2017
77 Şou
Ölkə mətbuatı
A- A+

“Dünyada xərçənglə mübarizə günüdür. Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu video çəkilən ərəfədə mən 6 dəfə kimyəvi terapiya qəbul etmişdim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb.

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən akrtisa oynayan yerdə videosunu paylaşaraq, belə bir problemi olanları pozitiv olmağa səsləyib:

“Arıqlayıb 47 kiloqram olmuşdum, saçım yox idi. Qaşlarım tökülmüşdü. Amma buna baxmayaraq, paltar tikdirmişdim ki, zövqlü görünüm. Saçıma bandana vurmuşdum ki, yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım... Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR