Meyxanaçı Namiq Qaraçuxurlu müğənnilər Sevil və Sevinc Səfərovalarla konsert verəcək.
Axşam.az-ın məlumatına görə, konsert martın 21-də Moskvada baş tutacaq.
Meyxanaçı ilə yeni fotosessiya etdirən əkizlər tədbirlə bağlı bunları qeyd edib:
“Həzm edə bilməyənlər su içsinlər. Bəzən həm gülməli, həm də ağlamalı rəylər yazırlar. Biz də istəyirik Bakıda gözəl konsertimiz olsun. Bunun üçün çalışırıq, edəcyik də. Bizə təklif gəlir, dəyərləndirib razılaşırıq”.