Xərçəngə qalib gələn azərbaycanlı aparıcıdan təsirli VİDEO

Xərçəngə qalib gələn azərbaycanlı aparıcıdan təsirli VİDEO
10:24 6 Fevral 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

“Dünyada xərçənglə mübarizə günüdür. Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri aktrisa, aparıcı Zümrüd Qasımova sosial şəbəkədəki səhifəsində yazıb: “Artıq 6 il keçib. Bu video çəkilən ərəfədə mən 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum, saçım yox idi. Qaşlarım tökülmüşdü. Amma buna baxmayaraq, paltar tikdirmişdim ki, zövqlü görünüm. Saçıma bandana vurmuşdum ki, yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım... Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR