Məşhur İngiltərə klubundan millimizin üzvünə təklif

Məşhur İngiltərə klubundan millimizin üzvünə təklif
10:27 6 Fevral 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşədək futbolçulardan ibarət milli komandamızın üzvü Ozancan Kökçü "Tottenhem"də çıxış edə bilər. Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.


İngilis həmkarlarımıza açıqlama verən 18 yaşlı yarımmüdafiəçinin meneceri Muzzi Özcan bildirib ki, "Everton" və Almaniyanın bir neçə klubu Özancanın xidmətində maraqlıdı. Amma ən real təklif London klubundan gəlib: "Ən ciddi təklifi "Tottenhem"dən almışıq. Yaxın vaxtlarda onun taleyinə aydınlıq gələcək".


Qeyd edək ki, hazırda Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Ozancan yanvarda Azərbaycan U-21-nin toplanışına qatılıb. Onun tezliklə A millimizdə forma geyinməsi gözlənilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-ngiltr-klubundan-millimizin-uzvun-tklif-t56074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR