Aeroportun 300-ə yaxın əməkdaş tətil keçirir

Aeroportun 300-ə yaxın əməkdaş tətil keçirir
10:27 6 Fevral 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti xəbər verib.

Aeroportun tətil edən əməkdaşları əmək haqlarının artırılması, nəqliyyat xərclərinin ödənilməsi, sosial güzəştlərin təmin edilməsi kimi tələblərlə çıxış edirlər.

Aeroport rəhbərliyi tətil edən əməkdaşlarla görüşüb, tələblərini dinləsə də, hələ ki, onlarla razılığa gələ bilməyib.

Aeroport əməkdaşlarının tətili ilə əlaqədar reyslərin gecikməsi və ya təxirə salınması barədə isə hələ məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR