Finalların məğlubu - Ektor Kuper

Finalların məğlubu - Ektor Kuper
10:37 6 Fevral 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Afrika Millətlər Kubokunun finalında Kameruna (1:2) uduzan Misir millisi ikinciliklə kifayətlənib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, misirlilərin baş məşqçisi Ektor Kuper növbəti dəfə final görüşünü məğlub tərk edib.

Bu, argentinalı mütəxəssisin məşqçilik karyerasında 6-cı final məğlubiyyəti olub. Belə ki, indiyə qədər Kuperin çalışdırdığı komandalar İspaniya Kuboku, Kuboklar Kuboku ("Malyorka" ilə), Çempionlar Liqası (iki dəfə "Valensiya" ilə) və Yunanıstan kubokunun ("Aris"lə) finalında rəqibə boyun əyiblər.
 
Qeyd edək ki, Ektor Kuper 2015-ci ildən Misir yığmasını çalışdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR