“Petkim” daha iki mükafata layiq görülüb

“Petkim” daha iki mükafata layiq görülüb
10:37 6 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral.REPORT.AZ/ Türkiyənin Egey bölgəsinin İxracatçı Birlikləri təşkilatı regionun ən böyük ixracatçısı olan “Petkim” şirkətini iki mükafata layiq görüb.
Bu barədə “Report” türk mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, Türkiyənin ilk və yeganə neft-kimya müəssisəsi olan “Petkim” “Egey bölgəsinin ən çox ixrac həyata keçirən şirkəti” və “Kimya sektorunun ən çox ixrac həyata keçirən birinci şirkəti” mükafatlarını alıb.
Mükafatlar Egey İxracatçılar Birliklərinin təşkil etdiyi “İxracatın yüksələn ulduzları” adlı mərasimdə təqdim edilib. “Petkim” 1-ci mükafatı 2016-cı ildə həyata keçirdiyi 438 mln. dollarlıq ixraca görə, 2-ci mükafatı isə Egey İxracatçı Birlikləri üzvlərinin qiymətləndirməsi əsasında əldə edib. 
Mükafatları Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi “Petkim Holding”in baş direktoru Anar Məmmədova təqdim edib. A.Məmmədov mükafatlara görə təşəkkür edərək bildirib ki, “Petkim” neft-kimya kompleksində 60 adda məhsul istehsal olunur və 50-dən çox ölkəyə ixrac edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/petkim-daha-iki-mukafata-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR