Azərbaycanlı aparıcı xərçəngə belə qalib gəldi - VİDEO

Azərbaycanlı aparıcı xərçəngə belə qalib gəldi - VİDEO
10:48 6 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Zümrüd Qasımova xərçəng xəstəliyinə necə qalib gəlməsindən danışıb.

Publika.az xəbər verir ki, məşhur aktrisa və aparıcı sosial şəbəkədə 6 il əvvəl dəhşətli xəstəlikdən əziyyət çəkən zaman çəkilmiş videosunu paylaşıb. Aktrisa xərçəngə pozitiv əhval-ruhiyyəsi sayəsində qalib gəldiyini qeyd edib:

“Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm. Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir!”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/186601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR