ABŞ-ın iri bankları 100 mlrd. dolları ölkəyə qaytara bilər

ABŞ-ın iri bankları 100 mlrd. dolları ölkəyə qaytara bilər
10:57 6 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 fevral. REPORT.AZ/ Donald Tramp administrasiyası bank sisteminin yenidən tənzimlənməsini həyata keçirsə, ABŞ-ın 6 əsas iri bankı ölkəyə 100 mlrd. dollar vəsait qaytara bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrinin hesabatında bildirilir. 
ABŞ-a kapitalının geri dönməsinin səhmdarlara ödənilən dividend və şirkətlərin səhmlərini özləri tərəfindən geri alması hesabına baş tutacağı gözlənilir. 
"Morgan Stanley" bankının analitikləri bu rəqəmin 120 mlrd. dollar olacağını ehtimal edirlər.
"Roosevelt İnvestment Group"un baş portfel meneceri Ceyson Benoviç (Jason Benowitz) "Wall Street Journal"a verdiyi müsahibəsində deyib ki, yeni prezident administrasiyasının prioritet olmayan bir məsələni ön plana çəkməsi olduqca müsbət addımdır. 
Xatırladaq ki, fevralın 3-də ABŞ prezidenti D. Tramp bank sektoruna nəzarətin yumşaldılması barədə sərəncam imzalayıb.
"Report"un analitik qrupu hesab edir ki, ABŞ-ın iri bankları vəsaitlərini ölkəyə geri qaytarmağa başlasa, bu dollara yaranan əlavə tələb nəticəsində onun bahalaşmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-in-iri-banklari-100-mlrd-dollari-olkeye-qaytara-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR