Ağsuda cəbbəxana tapıldı

Ağsuda cəbbəxana tapıldı
13:33 16 Mart 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Ağsu şəhəri ərazisindən odlu silah və vasitələri tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən nömrəsi silinmiş “AKS” markalı silah, “Mauzer” markalı tapança, 32 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2374452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR