Bəzi çaylarda suyun səviyyəsində artım müşahidə olunub

Bəzi çaylarda suyun səviyyəsində artım müşahidə olunub
13:38 16 Mart 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, ötən günlər ərzində yağan yağıntılar nəticəsində əsasən Lənkəran-Astara bölgəsindən axan çaylarda suyun səviyyəsində 10-30 sm artım müşahidə olunub.
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 210-370, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 130-190, Kiçik Qafqazın çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2014-cü il martın 16-da 308 sm), Şirvanda 229 sm (2014-cü il martın 16-da 135 sm), Salyanda 200 sm (2014-cü il martın 16-da 65 sm), Bankədə 203 sm (2014-cü il martın 16-da 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 122 sm (2014-cü il martın 16-da 54 sm) təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bezi_chaylarda_suyun_seviyyesinde_artim_musahide_olunub-839608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR