x
Loading...
.

Kazandakı ticarət mərkəzində baş vermiş yanğında ölən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib

Kazandakı ticarət mərkəzində baş vermiş yanğında ölən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib
13:47 16 Mart 2015
34 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 16 Mart 2015 13:42 ]

Bakı. Mübariz Aslanov – APA. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş vermiş yanğın zamanı ölən daha bir azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, bu, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1961-ci il təvəllüdlü Muxtarova Tamilla Hüsü qızıdır. Meyitin bu gün Kazan şəhər morqundan götürüləcəyini söyləyən Z. Qasımov deyib ki, qadın həyat yoldaşı ilə birlikdə ticarət mərkəzində ticarətlə məşğul olurmuş.

 

Xatırladaq ki, azərbaycanlı sahibkara məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilir. Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında 1995-ci il təvəllüdlü Paşayev Pərviz adlı daha bir azərbaycanlı, yaralananlar arasında isə Tağıyev Salam adlı həmyerlimiz var. Z. Qasımov onu da əlavə edib ki, Tağıyev Salam artıq komadan ayılıb və özünü yaxşı hiss edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR