Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilərək dəfn olunub

Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilərək dəfn olunub
13:52 16 Mart 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Mart 2015 13:44 ]

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində qətlə yetirilən azərbaycanlı iş adamı Rövşən Şirinovun meyiti Azərbaycana gətirilib.

Luqansk vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA-ya bildirib ki, diaspor nümayəndələri tərəfindən Azərbaycana yola salınan meyit ötən gün Gəncə şəhərində torpağa tapşırılıb.

 

R. Uğurluyev bildirib ki, R. Şirinovun ölümündən sonra yaxınları və ailəsi də ölümlə təhdid olunub, buna görə onlar həmin ərazidən çıxarılıb.

 

Qeyd edək ki, martın 11-də axşam saatlarında Rövşən Şirinovun “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Maskalılar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar. Səhəri gün R. Şirinovun meyiti şəhər kənarında tapılıb. Onun başından aldığı güllə yarası nəticəsində öldüyü məlum olub.

 

Qondarma respublikanın “milisi” hadisəni törədənlərin axtarışına başlayıb və iş adamının yaxınlarına cinayətkarların tapılacağına dair söz verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR