Bakı dairəvi yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA

Bakı dairəvi yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA
23:02 6 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 22:54 ]


Bakı. Mahir Məmmədli-APA. Bu gün axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi "LADA" markalı avtomobillər toqquşub.

 

"Mercedes" markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn "LADA" ona çırpılıb. Qəza nəticəsində "LADA"nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. " Mercedes"in sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

 

Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda  tıxacın yaranmasına səbəb olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR