​Vurğun Əyyub: "Deputatlığa namizədliyimin təsdiqlənməməsi Müsavat Partiyasının ziyanına olacaq"

14:02 16 Mart 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyub deyib.
O, Müsavat Partiyasının Məclisinin növbəti toplantısında onun Məclisdən kənarlaşdırılacağı və namizədliyinin təsdiq olunmayacağı məsələsinə də toxunub: "Özümü Məclis üzvü hesab etmirəm. Burada hansı kənarlaşdırmadan söhbət gedə bilər?! Məclis üzvü olmayan namizədliyini irəli sürə bilməz?!".
V.Əyyub bildirib ki, namizədlik məsələsində partiyanın Suraxanı rayon təşkilatının mövqeyi əsasdır: "Suraxanı rayon təşkilatının rəhbərliyi isə Sədrlər Şurasının toplantısında bu məsələyə toxunub, namizədliyimi müdafiə etdikləri ilə bağlı fikrini bildirib".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/vurgun-eyyub-deputatliga-namizedliyimin-tesdiqlenmemesi-musavat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR