Yaralılar Bakıya gətirildilər

Yaralılar Bakıya gətirildilər
14:06 16 Mart 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 8 radələrində, Cəlilabad şəhərində, Rüstəm Aslanova məxsus umumi sahəsi 252 kv.m olan 2 mərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində evdə kirayədə yaşayan 34 yaşlı Tacəddin Hüseynov,onun 32 yaşlı həyat yoldaşı Samirə,övladları 13 yaşlı Mirhumay ,11 yaşlı Mirhəbib müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal hadisə şahidləri tərəfindən Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəsarət alanların vəziyyəti ağır olduğundan mümkün tibbi yardımdan sonra paytaxt Bakıya yola salınıblar. İlkin ehtimala görə, partlayışa evdə qaz sızması səbəb olub.

Mənbə
ANS PRESS, Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=332121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR