x
Loading...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edib - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edib - FOTO
14:07 16 Mart 2015
34 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 16 Mart 2015 14:01 ]

Hacıqabul. Əlibəy Zeynallı - APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Hacıqabulda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR