Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edib
14:09 16 Mart 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Hacıqabulda vətəndaşları qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR