x
Loading...

Şahin Mustafayev: “Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın inkişafı üçün İşçi Qrupu yaradıla bilər”

Şahin Mustafayev: “Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın inkişafı üçün İşçi Qrupu yaradıla bilər”
14:22 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.

[ 16 Mart 2015 14:19 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalilini qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev iki ölkə arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur, Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər. Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır.

 

Ş. Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk olaraq ölkələrimiz arasında İşçi Qrupu yaradıla bilər.

 

Öz növbəsində əfqanıstanlı diplomat Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda ölkəsinə səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirib.

 

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR