Azərbaycanda nə qədər uşaqda xəstəlik aşkarlanıb?

Azərbaycanda nə qədər uşaqda xəstəlik aşkarlanıb?
14:33 16 Mart 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən il Azərbaycanda uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində 657096 uşaqda xəstəlik aşkarlanıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 0-5 yaşlı, 290550 nəfəri 6-13, 156240 nəfəri 14-17 yaşlı olub.

Uşaqlar daha çox stomatoloq, daha sonra isə otorinolorinqoloq, nevropatoloq, oftalmoloq müayinəsindən keçiblər. Ötən il 4622638 uşaq stomatoloq, 3914348 uşaq otorinolorinqoloq, 3804275 uşaq nevropatoloq, 3617093 uşaq oftalmoloq müayinəsindən keçib.

Ümumilikdə isə ötən il Azərbaycanda 2548200 uşaq müayinə edilməli olub. Onların yalnız 1957174 nəfəri müayinə olub, 591026 uşaq isə müayinə edilməyib. Ötən dövrdə 2067690 nəfər uşaq üzərində həkim müayinəsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2374450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR