Rövşən Rzayev: “Bunların “əziyyət”i boşa çıxacaq”

Rövşən Rzayev: “Bunların “əziyyət”i boşa çıxacaq”
14:43 16 Mart 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Elçin Mehdiyev/

“İlk Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bəzi beynəlxalq QHT-lər Azərbaycana qarşı düşmən mövqeyində olan Ermənistanın dostlarıdır”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

O qeyd edib ki, Ermənistanla işbirliyində olan, ermənilərin tərəfini saxlayan qurumlar Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirirlər: “Onlar başa düşməlidirlər ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və Azərbaycan bu kimi beynəlxalq tətbirlərin keçirilməsində öndə gedən ölkədir. Ona görə bu tədbirlər Azərbaycanda keçirilir ki, ölkəmizə etibar edilir, Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib, bütün dediklərinə əməl edib”.

R.Rzayev vurğulayıb ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunanda bunu ən yüksək səviyyələrdə ölçüb-biçiblər və Azərbaycanda da ortaya yüksək yanaşma qoyulub: “Belə olan halda beynəlxalq QHT-lər başa düşməlidirlər ki, bu cür xoşməramlı məsələlərə dəstək olmaq lazımdır. Qarayaxmadan, qara düşüncəli insanların məkirli fikirlərindən yan keçmək lazımdır. Onlar anlamalıdırlar ki, Ermənistan Cənubi Qafqaza və ümumiyyətlə, dünyaya problem yaradan ölkədir”.

Millət vəkili əlavə edib ki, bütün bu çirkin kampaniyalara baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə nail olacaq və yenə də etibarlı tərəfdaş olduğunu sübut edəcək. Bu, Azərbaycan dövlətinin, xalqının uğurudur və Azərbaycan dünyaya sübut edəcək ki, bizim əleyhimizə olan bu mövqelərin heç birinə əhəmiyyət verməyəcəyik və irəli doğru addımlayacağıq. Bunların “əziyyət”i boşa çıxacaq və bu cür qurumlar Azərbaycana heç nə edə bilməyəcək”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2374499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR