Gürcüstanda xarici siyasət üzrə İdarələrarası Şura yaradılıb

23:22 6 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 23:12 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA . Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarı ilə xarici siyasət məsələləri üzrə İdarələrarası Şura yaradılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, xarici siyasət məsələləri üzrə tövsiyələr hazırlayacaq şura üzvləri bu siyasətin həyata keçirilməsində iştirak edən bütün maraqlı tərəfləri əlaqələndirəcək. İdarələrarası Şura həmçinin beynəlxalq arenada mövqeləri təyin etmək məqsədilə Gürcüstanın prioritetləri müəyyən edəcək.

 

Mətbuat xidmətindən bildirilib ki, şuraya  baş nazir başçılıq edəcək. İdarələrarası Şuraya  həmçinin xarici işlər naziri, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri  üzrə dövlət naziri, hökumət administrasiyasının  rəhbəri və onun müavini, hökumətin nəzdində Təhlükəsizlik Şurası və Böhranları İdarəetmə İdarəsinin rəhbəri,  İqtisadiyyat Şurasının katibi, parlament sədri  və qanunvericilik orqanın bir neçə üzvü daxil olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR